satellite   Azerspace-1: 11135 H 30000

Yay Olimpiya Oyunları ilk dəfə Yaxın Şərqdə keçiriləcək

Yay Olimpiya Oyunları ilk dəfə Yaxın Şərqdə keçiriləcək

2036-cı il Yay Olimpiya Oyunları Qətərin paytaxtı Dohada keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qətər tərəfi Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə danışıqları yekunlaşdırır, bütün detallar yaxın vaxtlarda həll olunacaq. Ancaq rəsmi açıqlama 2026-cı ildə verilməlidir.

Bu oyunlara digər iddiaçılar arasında Səudiyyə Ərəbistanı, İspaniya, İndoneziya, Çili, Hindistan və Almaniya da var idi.

Qeyd edək ki, Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edib. Olimpiada ilk dəfə Yaxın Şərqdə keçiriləcək.

Bu il Yay Oyunlarına Paris (Fransa), 2028-ci ildə Los-Anceles (ABŞ), 2032-ci ildə isə Brisben (Avstraliya) ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM