satellite   Azerspace-1: 11135 H 30000

“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub

“Avro-2024”: Niderland millisinin yekun heyəti bəlli olub

Futbol üzrə Niderland millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Naxçıvan televiziyası Niderland Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman yığmaya 25 oyunçu dəvət edib.

Qapıçılar: Bart Verbrüggen (“Brayton”, İngiltərə), Mark Flekken (“Brentford”, İngiltərə), Castin Beylo ("Feyenoord"),

Müdafiəçilər: Natan Ake ("Mançester Siti", İngiltərə), Deyli Blind (“Jirona”, İspaniya), Matteys de Lixt (“Bavariya”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Ceremi Frimponq (“Bayer”, Almaniya), Stefan de Vrij, Denzel Dümfris (hər ikisi “İnter”, İtaliya), Lutşarel Gertreyda (“Feyenoord”), Mikki van de Ven (“Tottenhem”, İngiltərə);

Yarımmüdafiəçilər: Jorjinyo Veynaldum (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Frenki de Yonq (“Barselona”, İspaniya), Yoey Verman, Yerdi Sxauten (hər ikisi PSV), Teyani Reynders (“Milan”, İtaliya), Tön Kopmeyners (“Atalanta”, İtaliya), Rayan Qravenberx (“Liverpul”);

Hücumçular: Stiven Berqveyn, Brayan Brobbi (hər ikisi “Ayaks”), Memfis Depay (“Atletiko”, İspaniya), Vout Veqorst (“Hoffenhaym”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Doniel Malen (“Borussiya Dortmund”, Almaniya).

Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Niderland seçməsi Polşa, Avstriya və Fransa ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM