satellite   Azerspace-1: 11135 H 30000

"Olimpiakos" UEFA Konfrans Liqasının qalibi olub

"Olimpiakos" UEFA Konfrans Liqasının qalibi olub

UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, Yunanıstanın "Olimpiakos" və İtaliya təmsilçisi "Fiorentina" klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı "AEK Arena"da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi "Olimpiakos"un qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, "qırmızı-ağlar" tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM