satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala vəsiqə qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib.

Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçu 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də baş tutacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM