satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" növbəti transferini açıqlayıb

"Araz-Naxçıvan" növbəti transferini açıqlayıb

"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Naxçıvan təmsilçisindən Naxçıvan televiziyası-a verilən məlumata görə, son olaraq "Turan Tovuz"da çıxış edən qapıçı Tərlan Əhmədli ilə müqavilə imzalanıb.

Bir illik anlaşmaya imza atan 29 yaşlı qolkiper yeni mövsümün sonuna qədər komandada çıxış edəcək.

O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” dünən Urfan Abbasov, Ömər Buludov və Ülvi İsgəndərovla müqavilə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM