satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın basketbol yığmaları Avropa Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın basketbol yığmaları Avropa Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadın yığmaları Avropa Kubokunda mübarizə aparacaqlar.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildiriblər ki, mübarizəyə ilk olaraq qadın millisi start verəcək.

Kollektiv ilk qrup oyununu avqustun 22-də Bakı vaxtı ilə saat 15:40-da İspaniya, ikinci qrup matçını saat 19:15-də Avstriyaya qarşı keçirəcək.

Kişilərdən ibarət millinin qrupdakı rəqibləri isə Avstriya və Niderland seçmələridir. Yığma ilk qrup oyununda Bakı vaxtı ilə saat 15:40-da Niderland, ikinci görüşündə isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma avqustun 23-də oynanılacaq.

Qruplarda ilk iki sıranı tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Yarışlar avqustun 22-25-də Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM