satellite   Azerspace-1: 11135 H 30000

AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir

AFFA Naxçıvanda hakimlər üçün seminar keçirir

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda hakimlər üçün seminar keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər.

Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.

Məqsəd hakimlərin teoretik, praktiki və fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeni hakimlərin cəlb edilməsinin strategiyası və strukturun yaradılması olub.

Seminara avqustun 22-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM