satellite   Azerspace-1: 11135 H 30000

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

Fransanın PSJ komandası sabiq futbolçusu Kilian Mbappeyə borcunu ödəmədiyi üçün Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, parislilər klubdan ayrıldıqdan sonra 26 yaşlı hücumçunun maaşını ödəməyib.

Forvard 55 milyon avronun ödənilməməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasına və UEFA-ya müraciət edib.

Ölkə çempionuna transfer qadağası qoyulacağı, UEFA-nın lisenziyanı ləğv edəcəyi təqdirdə PSJ qitənin bir nömrəli klub turnirindən kənarlaşdırılacaq.

Qeyd edək ki, hazırda İspaniya təmsilçisi “Real Madrid”də çıxış edən K.Mbappe PSJ forması ilə 306 matçda 255 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM