satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır

Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır

Bu gün Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Siebert idarə edəcək.

“Qalatasaray”ın heyətində Kaan Ayhan cəza, Davinson Sançez zədə, Barış Alper Yılmaz isə qida zəhərlənməsi səbəbindən qarşılaşmada forma geyinməyəcəklər.

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM