İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford "Monako"ya (Fransa) transfer oluna bilər.
NUHÇIXAN "The Telegraph"a istinadən xəbər verir ki, Monako təmsilçisi 31 yaşlı futbolçunu qış fasiləsində almağı hədəfləyib.
Klub "Mançester Yunayted"ə rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, ingiltərəli ön xətt oyunçusu cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.