“Barselona” Superkubokun qalibi olub

“Barselona” Superkubokun qalibi olub

İspaniya Superkubokunda mübarizə başa çatıb.

NUHÇIXAN xəbər verir ki, bu gün final görüşü keçirilib.

"Barselona" "Real"la qarşılaşıb. Gərgin keçən matçda 7 qol vurulub.

Kataloniyalılar 5:2 hesablı qələbəyə seviniblər. Komandanın qollarına Lamin Yamal, Robert Levandovski, Alexandro Baldye imza atıb. Rafinya isə dubl müəllifi olub.

"Kral klubu"nun heyətində isə Kilian Mbappe və Rodriqo fərqlənib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM