satellite   Azerspace-1: 11135 H 30000

2024-cü ildə ən çox qol vuran asiyalı futbolçular açıqlanıb

2024-cü ildə ən çox qol vuran asiyalı futbolçular açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə ən çox qol vuran asiyalı oyunçuları açıqlayıb.

Naxçıvan televiziyası IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Çinin “Şanxay Port” klubunda çıxış edən U Ley qərarlaşıb. 33 yaşlı vinger komandasında və millidə ümumilikdə 42 qola imza atıb.

Qətər təmsilçisi "Əl Sədd"dən Akram Afif (39 qol) ikincidir.

Ötən il Kambocanın "Kaya" və "Pnompen Kraun" komandalarında çıxış etmiş filippinli Yarvey Qayoso ilə Sinqapurun "Geylanq" klubundan yaponiyalı Tomoyuki Doi (hər ikisi 33 qol) 3-4-cü yerləri bölüşdürürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM