satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024: 100-dən çox idmançı medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb

Paris-2024: 100-dən çox idmançı medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat əldə edən 100-dən çox idmançı qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar.

Naxçıvan televiziyası “La Lettre” nəşrinə istinadən xəbər verir ki, medalları hazırlayan Paris Sikkəxanasının rəhbərliyi artıq 3 aparıcı mütəxəssisi işdən çıxarıb.

Daha əvvəl Paris-2024-də bürünc medal qazanan ABŞ-li skeytbordçu Nayca Hyuston və fransalı üzgüçü Maksim Qrusse medalların keyfiyyətsiz olmasından şikayətlənmişdilər. Buna yarışdan iki həftə sonra adıçəkilən idmançıların medallarının çatlaması və üz qabığının soyulması səbəb olmuşdu.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust, Paralimpiya Oyunları isə 28 avqust - 8 sentyabr aralığında təşkil olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM