satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə qələbə qazanıb

Türkiyə Superliqası: "Fənərbağça" səfərdə qələbə qazanıb

Türkiyənin "Fənərbağça" klubu Superliqanın XIX turunda qələbə qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, səfərdə "Konyaspor"un qonağı olan İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

"Sarı-lacıvərdlilər"in heyətində Mert Müldür (14), Çağlar Söyüncü (25) və Duşan Tadiç (61) fərqlənib. Meydan sahiblərinin heyətində isə Pedrinyo (1) və Blaz Kramer (44) dəqiq zərbə müəllifi olub.

42 xalı olan "Fənərbağça" 50 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 36 xalla "Samsunspor" qapayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM