satellite   Azerspace-1: 11135 H 30000

Ronaldu “Əl-Nasr”la müqaviləsinin müddətini uzadacaq

Ronaldu “Əl-Nasr”la müqaviləsinin müddətini uzadacaq

Beşqat “Qızıl top”un sahibi portuqaliyalı hücumçu Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu ilə müqaviləsinin müddətini uzadacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilə 2026-cı ilin iyun ayına qədər davam edəcək.

Ronaldunun “Əl Nasr”lə hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Futbolçunun 39 yaşı var və 2023-cü ildən “Əl-Nasr”da çıxış edir. Bu mövsüm portuqaliyalı klubda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM