satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Naxçıvan televiziyası Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

O, yeni komandasının heyətində 23 nömrəli formanı geyinəcək.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM