satellite   Azerspace-1: 11135 H 30000

"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"

"Omoniya"nın baş məşqçisi: "Araz-Naxçıvan" yaxşı komandadır"

Kiprin "Omoniya" klubunun baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəkləri "Araz-Naxçıvan"ı yaxşı komanda adlandırıb.

NTV yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Gürcüstanda “Torpedo”ya 4 cavabsız qolla qalib gəldikləri II təsnifat mərhələsinin cavab matçından sonra bu barədə açıqlama verib.

O, oyundan və hesabdan razı olduqlarını söyləyib:

"Növbəti raundda daha yaxşı kollektivlərlə üz-üzə gələrik. "Aris"in oynadığı yaxşı komandadır. Futbolda hər şeyin yaxın nəticələrə görə dəyərləndirildiyini də bilirik".

Qeyd edək ki, "Araz-Naxçıvan" III təsnifat mərhələsində "Omoniya" ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisi ilk matçını avqustun 7-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM