satellite   Azerspace-1: 11135 H 30000

İtaliya klubunun yarımmüdafiəçisi "Real"a qayıtmağa yaxındır

İtaliya klubunun yarımmüdafiəçisi "Real"a qayıtmağa yaxındır

İtaliya A Seriyası təmsilçisi "Komo"nun və Argentina millisinin yarımmüdafiəçisi Niko Pas "Real"a (İspaniya) qayıtmağa yaxındır.

NTV Argentina mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə Madrid təmsilçisi arasında artıq razılıq əldə olunub.

Lakin transferin yayda baş tutacağı gözlənilir. N.Pas ötən yay 6 milyon avro qarşılığında "Real"dan İtaliya klubuna keçib. Tərəflər arasında bağlanan müqavilədə geri alış şərti də yer alıb. Futbolçunun hazırkı qiymətinin 9 milyon avro təşkil etdiyi bildirlib.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 12 matçda 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM