satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray" Çempionlar Liqasının V turunda Belçika klubuna məğlub olub

"Qalatasaray" Çempionlar Liqasının V turunda Belçika klubuna məğlub olub

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda məğlub olub.

NTV xəbər verir ki, "Əli Sami Yen Spor Kompleksi"ndə Belçikanın "Yunion" klubunu qəbul edən İstanbul təmsilçisi 0:1 hesabı ilə uduzub.

Qolu 57-ci dəqiqədə Promis Akinpelu vurub.

"Sarı-qırmızılar"ın heyətində 89-cü dəqiqədə Arda Ünyay ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, "Qalatasaray"ın cari mövsüm Liqa mərhələsində 9 xalı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM