satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb - FOTOLAR

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb<font color=red> - FOTOLAR</font> Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb<font color=red> - FOTOLAR</font> Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb<font color=red> - FOTOLAR</font> Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb<font color=red> - FOTOLAR</font> Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar möhtəşəm mərasimlə açılıb<font color=red> - FOTOLAR</font>

Martın 3-də Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib.

NTV xəbər verir ki, tədbirdə Azərbaycanda ilk dəfə bu cür yarışların təşkilinin ölkənin idman tarixində əlamətdar hadisə olduğu bildirilib. Bu mötəbər yarışların Azərbaycanda keçirilməsinin ölkə rəhbərliyinin qış idman növlərinin inkişafına verdiyi əhəmiyyətin və beynəlxalq idman ictimaiyyətinin Azərbaycana göstərdiyi yüksək etimadın bariz nümunəsi olduğu qeyd edilib.

Avropa çempionatı və Dünya Kuboku kimi nüfuzlu yarışların Azərbaycan üçün yalnız idman hadisəsi deyil, eyni zamanda ölkənin qış turizmi potensialının, müasir dağ-xizək infrastrukturu imkanlarının və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək bacarığının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Çıxışlar zamanı bu formatlı yarışların keçirilməsinin ölkədə idman sahəsində yeni nəslin formalaşmasına, peşəkar idmançıların yetişməsinə və milli komandanın beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə mühüm stimul verəcəyi, həmçinin beynəlxalq federasiyalar və idman təşkilatları ilə əməkdaşlığın genişlənməsinə, gələcək birgə layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.

Azərbaycanı bu yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.

Martın 8-nə kimi davam edəcək yarışlarda U-18 və U-20 kategoriyalarından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM