satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” “Real Madrid”in yetirməsini transfer edib

“Araz-Naxçıvan” “Real Madrid”in yetirməsini transfer edib

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Klubdan NTV-yə  bildirilib ki, ispaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir.

30 yaşlı futbolçu “Real Madrid”in yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. A.Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində bir oyunda meydana çıxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM