Naxçıvan güləşçiləri İdman olimpiyasının medalçıları arasında.
NTV xəbər verir ki, Bakı şəhərində məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində güləş yarışları keçirilib.
Naxçıvan Muxtar Respublikası yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi Faiq İsgəndərovun rəhbərliyi altında 8 idmançı ilə təmsil edib. Məktəbin şagirdləri sərbəst güləş yarışlarında 2 medal qazanıblar. Belə ki, Şamxal Əlizadə 52 kq, Ramal Bağırov isə 75 kq çəki dərəcəsində bürünc medalçı olublar.
Əlavə edək ki, Naxçıvanlı güləş hakimləri Nihad Muradov və Erkal Məmmədov görüşlərdə ədaləti təmsil ediblər.
