satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümü bu gün start götürür.

NTV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, mövsümün ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, çempionatın ilk turunun digər oyunları qarşıdakı günlərdə keçiriləcək. Avqustun 15-də “Araz-Naxçıvan” – “İmişli” və “Sabah” – “Kəpəz” matçları baş tutacaq. Avqustun 16-da “Sumqayıt” – “Neftçi” və “Zirə” – “Safa” qarşılaşmaları keçiriləcək. İlk turun son oyunu isə avqustun 17-də olacaq və “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Şamaxı”nı qəbul edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM