İspaniyanın "Real" klubunun hücumçusu Endrik "Milan"ın (İtaliya) 2027-ci ilin qış "transfer pəncərəsi"ndə əsas hədəfi olacaq.
NTV xarici mediaya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı braziliyalı forvardı satınalma hüququ ilə icarəyə götürməyi planlaşdırır.
İtaliya klubu futbolçunu bu yay heyətə qatmaq istəsə də, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo keçidə qarşı çıxıb.
Hazırda zədəsini müalicə etdirən oyunçu 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" komandasında keçirib. O, Fransa təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Transfermarkt" portalı braziliyalı hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
