satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasının matçların orta müddətinə görə dünya reytinqindəki yeri bəlli olub

Azərbaycan Premyer Liqasının matçların orta müddətinə görə dünya reytinqindəki yeri bəlli olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ötən və cari mövsümdə futbol matçlarının orta müddətinə görə dünya üzrə 72 liqanın reytinqini açıqlayıb.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 59-cu yerdə qərarlaşıb.

Bu mövsüm ölkə çempionatında keçirilmiş son 24 oyunun statistikasını dərc edən CIES-in araşdırmasına görə, oyunlar orta hesabla 98 dəqiqə 23 saniyə davam edib.

Siyahıya ən yüksək göstərici (106 dəqiqə 52 saniyə) ilə Birləşmiş Ərəb Əmirliklərinin yüksək divizionu başçılıq edir.

Ümumilikdə, 100 dəqiqədən çox davam edən matçların nisbəti isə 52,4 faiz təşkil edib.

Qeyd edək ki, ən aşağı göstərici isə (96’) Finlandiyanın yüksək divizionuna məxsusdur – 96 dəqiqə 7 saniyə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM