satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar

“Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar

Azərbaycan Premyer Liqasının VII turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan”ın zədəli futbolçuları sağalıblar.

Naxçıvan televiziyası-ın məlumatına görə, müdafiəçi Abdulla Rzayev və yarımmüdafiəçi Vadim Abdullayev artıq sıraya dönüblər.

Hər iki oyunçu bu gün baş tutacaq məşqdə iştirak edəcək. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydanında hazırlaşır. A.Rzayev U-21 yığmasının heyətində olarkən, V.Abdullayev isə ötən turda “Neftçi” (1:0) ilə görüşdə zədələnmişdi. Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.

Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də “ASCO Arena”da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM