satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da Arif Niftullayev xalça üzərinə çıxacaqlar.

60 kq
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq
1/8 final
Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Bu gün həmçinin üç yunan-Roma güləşçisi qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM