satellite   Azerspace-1: 11135 H 30000

UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu keçiriləcək

UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu keçiriləcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komanda ilk maçında Kipr yığması ilə qarşılaşacaq. Azərbaycan – Kipr qarşılaşmasını Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Elena Gobjilaya Natalia Ceban, Ana Ciobotaru yardım edəcək. Dördüncü hakim funksiyasını isə Oxana Cruc yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyun saat 17:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM