satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin dörd futbolçusu İsveçlə oyunda meydana çıxmayacaq

Azərbaycan millisinin dörd futbolçusu İsveçlə oyunda meydana çıxmayacaq

Azərbaycan millisinin dörd futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün İsveçlə Bakıda keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, baş məşqçi Canni De Byazi "Zirə"dən Rüstəm Əhmədzadə, "Sumqayıt"dan Səbuhi Abdullazadə, Bolqarıstanın "Arda" klubundan Cəlal Hüseynov və "Qəbələ"dən Emil Səfərova ehtiyac duymayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya Estoniyanın qonağı olacaq. Həmin oyun da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM