satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan – Belçika oyununun hakimləri açıqlanıb

Azərbaycan – Belçika oyununun hakimləri açıqlanıb

VRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçika yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Matçı Gerqo Boqar idarə edəcək. Onun köməkçiləri Teodoros Georgi və Balaş Salai olacaqlar. Dördüncü hakim funksiyasını isə Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da “Kral Boduin” stadionunda keçiriləcək Azərbaycan - Belçika qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM