satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib - YENİLƏNİB

Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib<font color='red'> - YENİLƏNİB</font>

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM