satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda dəmir yolu ilə daşımalara subsidiya verilməsi üçün Çərçivə Protokolu imzalanacaq

Azərbaycanda dəmir yolu ilə daşımalara subsidiya verilməsi üçün Çərçivə Protokolu imzalanacaq

Bu il avqustun 15-nə qədər Bakıda şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarda razılaşdırılmış proqnoz subsidiya məbləği ilə bağlı Maliyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və daşıyıcı arasında Çərçivə Protokolu imzalanacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nda öz əksini tapıb.

Sənədə əsasən, Maliyyə Nazirliyi daşıyıcının təqdim etdiyi məlumatlar və təsdiqedici sənədlər əsasənda onun hesabladığı subsidiya məbləğini yoxlayacaq.

Bu Qaydaların tələblərinə uyğun olaraq razılaşdırılmış proqnoz subsidiya məbləğinə əsasən növbəti il üçün dövlət büdcəsinin tərtibində daşıyıcı üçün ayrılacaq subsidiya məbləği nəzərə alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM