satellite   Azerspace-1: 11135 H 30000

Ziya Əliyev: "Azərbaycanda sığorta ödənişləri 600 milyon manata çatıb"

Ziya Əliyev: "Azərbaycanda sığorta ödənişləri 600 milyon manata çatıb"

Ötən il ərzində Azərbaycanın sığorta sektoru tərəfindən həm sahibkarlara, həm əhaliyə dəyən zərərlərin ödənişi 600 milyon manata çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

Z. Əliyev bildirib ki, son 4 ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb: "Ötən il sığorta ödənişlərinin həcmi tarixi rekord göstərərək 1 milyard 265 milyon manata çatıb. Sığorta olunan predmetlərin sayı artıq 7 milyondan çoxdur. Bu göstərici hər il böyüməkdə davam edir.

Sığorta sektorunun verdiyi təminatın həcmi, sığorta məbləğinin həcmi artıq yarım trilyon manata çatır. Bunu illik ÜDM ilə müqayisə etsək 4-5 dəfə yüksəkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM