satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 %-dən çox artıb

Ötən il Naxçıvanda əsas kapitala vəsait qoyuluşu 62 %-dən çox artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 270 milyon 573 min 800 manat vəsait yönəldilib.

Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən Naxçıvan televiziyası-a məlumat verilib.

Bildirilib ki, bu, bir il öncəki göstəricini 62,3 % üstələyib.

İstifadə olunan vəsaitin 38 milyon 518 min 100 manatı və ya 14,3 %-i məhsul istehsalı sahələrinə, 40 milyon 940 min 200 manatı və ya 15,1 %-i xidmət sahələrinə, 191 milyon 115 min 500 manatı və ya 70,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Eyni zamanda əsas kapitala vəsait qoyuluşunun 230 milyon 573 min 400 manatı və ya 85,2 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 68,1 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM