satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib

2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 12 iqtisadi - 33 inzibati rayonda Aqrar Biznes Festivalı keçirilib.

Naxçıvan televiziyası nazirliyə istinadən festivallara dövlət və özəl sektoru təmsil edən 176 qurum, müəssisə və şirkət, o cümlədən 120 xarici şirkət qatılıb.

Festivalları ümumilikdə 17 171 fermer və sahibkar ziyarət edib, ziyarətçilərin 15 281 nəfəri kişi, 1 890 nəfəri qadın olub.

Aqrar Biznes Festivalları çərçivəsində 16 toxum sərgi-satış yarmarkası, 30 kredit yarmarkası təşkil olunub. Masallı rayonunda təşkil olunan toxum sərgi-satış yarmarkası çərçivəsində Respublika Toxumçularının II Forumu keçirilib. Kredit yarmarkalarında Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Sığorta Fondu ilə yanaşı, 12 bank və 2 bank olmayan kredit təşkilatı iştirak edib.

Aqrar Biznes Festivalları çərçivəsində 20 rayondan olan 689 fermerə 25 mövzu üzrə 32 təlim keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM