satellite   Azerspace-1: 11135 H 30000

Çexiya yanvarda Azərbaycandan 82 mindən çox neft alıb

Çexiya yanvarda Azərbaycandan 82 mindən çox neft alıb

Bu ilin yanvar ayında Azərbaycan Çexiyaya 82 min 403,5 ton xam neft ixrac edib.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 38 milyon 454,49 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,4 dəfədəyəri isə 5,3 dəfə azdır.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,12 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM