satellite   Azerspace-1: 11135 H 30000

Read Qasımov: Bakının Baş planı müasir şəhərin inkişafı ilə irsin mühafizəsi arasında harmoniyanın təmin edilməsini nəzərdə tutur

Read Qasımov: Bakının Baş planı müasir şəhərin inkişafı ilə irsin mühafizəsi arasında harmoniyanın təmin edilməsini nəzərdə tutur

Bakı dünyanın bir çox sahilyanı şəhərləri kimi ciddi ekoloji və iqlim çağırışları ilə üzləşir. Bu səbəbdən “Bakı Baş Planı 2040” sənədində yaşıl şəhərsalma, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsipləri əsas istiqamətlər kimi müəyyənləşdirilib.

NTV xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – yeni inkişaf dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Baş plan çərçivəsində yaşıl ərazilərin artırılması, ətraf mühitə təzyiqin azaldılması, bərpaolunan enerji həllərinin təşviqi, havanın keyfiyyətinin və şəhər ekologiyasının yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulur.

“International Finance Corporation" kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan milli yaşıl tikinti yol xəritəsinin hazırlanması istiqamətində də mühüm addımlar atır. Müasir şəhər dayanıqlı və yaxşı əlaqələndirilmiş nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Baş plan ictimai nəqliyyatın inkişafına, multimodal əlaqələrin genişləndirilməsinə, nəqliyyat sıxlığının azaldılmasına və yaşayış, biznes və istirahət zonaları arasında inteqrasiyanın gücləndirilməsinə üstünlük verir. Məqsəd insanların yolda daha az, gündəlik həyata isə daha çox vaxt ayırdığı balanslı şəhər mühiti formalaşdırmaqdır. Bakı əsrlər boyu formalaşmış zəngin memarlıq və mədəni irsə malik şəhərdir. Şəhəri müasirləşdirərkən onun tarixi simasının qorunması əsas vəzifələrimizdən biri olaraq qalır. Baş plan müasir şəhər inkişafı ilə irsin mühafizəsi arasında harmoniyanın təmin edilməsini nəzərdə tutur”, – deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM