2025-ci ildə Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə bağlarının sahəsi 5,7 min hektar olub.
NTV xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvanda keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, ölkə üzrə meyvə və giləmeyvə bağlarının ümumi sahəsinin 2,4 %-inə bərabərdir: "Muxtar Respublikada 44,6 min ton dənli və dənli paxlalı bitki məhsulu istehsal edilib. Bunun 43,7 %-ini arpa - 19,5 min ton, 40,7 %-ini buğda - 18,1 min ton, 14,9 %-ini dən üçün qarğıdalı - 6,7 min ton, 0,7 %-ini isə digər dənli və dənli paxlalı məhsullar təşkil edib. Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub".
Nazir qeyd edib ki, eyni dövrdə 32,3 min ton meyvə və giləmeyvə, 21,1 min ton kartof və 27,1 min ton tərəvəz istehsal edilib: "Bu göstəricilər ölkə üzrə müvafiq istehsalın meyvə və giləmeyvə üzrə 2,3 faizini, kartof üzrə 2,3 %-ini, tərəvəz üzrə isə 1,5 %-ini təşkil edib. 2026-cı il yanvarın 1-i vəziyyətinə muxtar respublikada 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş qoyun-keçi mövcud olub. Onların ölkə üzrə müvafiq göstəricilərdə payı 2,3 % və 5,2 faiz təşkil edib. 2025-ci ildə muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal olunub. Ət istehsalı üzrə muxtar respublikanın ölkə üzrə payı 3,2 %, süd istehsalı üzrə payı isə 2,6 % olub".
