satellite   Azerspace-1: 11135 H 30000

Rafail Quliyev: Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq

Rafail Quliyev: Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq

Bu gün qarşıda duran əsas vəzifələrdən biri istifadəsiz və ya natamam istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasıdır. Əkin sahələrinin artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də kənd yerlərində əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək. Bu məqsədlə cari ildə muxtar respublika üzrə 20 min hektar sahədə payızlıq taxıl əkini aparılması hədəf kimi müəyyənləşdirilib.

NTV xəbər verir ki, bu sözləri Şərurda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair regional müşavirədə çıxışı zamanı muxtar respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev deyib.

Nazir qeyd edib ki, eyni zamanda, növbəti ilin məhsulu üçün yazlıq əkin sahələrinin 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin və aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi və kənd yerlərində məşğulluğun artırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Naxçıvanın məhdud torpaq və su ehtiyatlarına baxmayaraq, zəngin kənd təsərrüfatı ənənələri və əlverişli coğrafi mövqeyi mövcud potensialdan daha səmərəli istifadə üçün geniş imkanlar yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM