satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

NTV xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM