satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür

Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür

6 iyul 1926-cı ildə Bakı–Sabunçu–Suraxanı xətti istifadəyə verilərək Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən NTV-yə verilən xəbərə görə, həmin dövrdə inşa edilmiş Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib.

"Elektriləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu ilə minlərlə sərnişin, o cümlədən neftçilər, sənaye işçiləri, Bakıətrafı yaşayış məntəqələrinə və regionlara daha sürətli və rahat səfər edirdilər.

Bir əsrlik zəngin irs bu gün daha müasir və dayanıqlı dəmir yolu xətləri ilə yaşadılır və gələcəyə daşınır", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM