satellite   Azerspace-1: 11135 H 30000

Neft qiymətlərini bahalaşdıran amillər artır

Neft qiymətlərini bahalaşdıran amillər artır

İyul ayı ərzində dünya birjalarında neft qiymətlərinin bahalaşmasına səbəb olan bir sıra proseslər baş verib. Hörmüz boğazının bağlı qalması və Yəməndə qiyamçı husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus limanları blokadaya alması “Brent” markalı xam neftin bir barelinin qiymətinin 100 dolları keçməsinə səbəb olub.

NTV xəbər verir ki, ötən gün Xəzər Boru Kəməri Konsorsiumunun işinin dayanması ilə əlaqədar dəniz terminalında yükləmə əməliyyatları müvəqqəti dayandırılıb, Qazaxıstan gündəlik neft istehsalında tənzimləmə aparıb. Konsorsiumun terminalları piotsuz uçan aparatların (PUA) zərbəsinə məruz qalaraq zərər görmüşdü.

“Brent” neftinin qiyməti mayın 27-dən bəri ilk dəfə 100 dolları keçib, “Light” markalı xam neftin bir barelinin qiyməti isə iyunun 11-dən indiyədək ən yüksək səviyyəyə çatıb. Qiymətlər ardıcıl dördüncü həftədə bahalaşma nümayiş etdirib, son həftədə isə artım təxminən 12 faizdir. Azərbaycanın “Azeri Light” markalı neftinin bir bareli 109 dollardan, Rusiyanın “Urals” nefti isə 80 dollardan baha satılır.

Analitiklər hesab edirlər ki, qiymətlərin artmasına hərbi münaqişələrlə yanaşı, qlobal neft ehtiyatlarının azalması da səbəb olub. Qiymətlər Qırmızı dənizdən enerji axınlarında potensial pozuntularla bağlı narahatlıqlar və ABŞ-İran müharibəsində daha da eskalasiya qorxusu fonunda bahalaşır.

Bildirilir ki, hazırda bazarın üzləşdiyi potensial təchizat pozuntuları müharibə dövründəkindən daha böyükdür. Hörmüz boğazından neft axını demək olar ki, tamamilə dayanıb. Bundan əlavə, Qırmızı dəniz vasitəsilə Səudiyyə Ərəbistanının neft daşınması üçün açıq risklər var. Gərginliyin daha da artması və Körfəzdə münaqişənin genişlənməsi ehtimalı qlobal neft tədarükünün əhəmiyyətli bir hissəsini risk altına qoyur.

Gəmi izləmə şirkəti “Kpler”in məlumatlarına görə, cümə axşamı Hörmüz boğazından keçən tankerlərin sayı birə düşüb. Bu, mayın 7-dən bəri müşahidə edilən ən aşağı səviyyə idi.

Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb marşrutu isə Hörmüz boğazından sonra dünyanın ikinci ən vacib neft tranzit dəhlizi hesab olunur.

Hazırda neft qiymətlərinin artmasından daha çox faydalanan Rusiyadır. İyul ayı ərzində Rusiyanın neft satışından əldə etdiyi gəlirləri 60 faiz artıb ki, bu onun sanksiyalar altında olan iqtisadiyyatının “ayaqda” qalmasını təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM