satellite   Azerspace-1: 11135 H 30000

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

Qazaxıstanın Almatı regionundan keçən dəmir yolunun Jetıqen-Kazıbek hissəsində rəqəmsallaşdırma prosesi tamamilə başa çatıb.

NTV xəbər verir ki, bu barədə rəqəmsallaşma prosesini həyata keçirən “Qaz Rail Automatic” şirkəti məlumat yayıb.

Bildirilir ki, rəqəmsallaşdırma mikroprosessor bloklaşdırma sisteminin tətbiqi ilə həyata keçirilib, bu da yol açarlarını və siqnalları uzaqdan idarəetməyə imkan verir.

Rəqəmsallaşma nəticəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcmi artacaq, vaxt itkisi aradan qaldırılacaq və Qazaxıstandan tranzit olaraq Çindən Avropaya daşınan yüklərin hərəkət istiqamətini də izləmək mümkün olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM