satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Bu ilin I yarısında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində ümumilikdə 287 layihə icra edilib.

NTV  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 810,2 milyon manatı istifadə olunub.

Həmin vəsaitin 337,8 milyon manatı nəqliyyat layihələrinə (icra 33 faiz), 151,2 milyon manatı su təsərrüfatı və meliorasiya layihələrinə (27 faiz), 51,2 milyon manatı sosial layihələrə (20 faiz), 37,9 milyon manatı energetika və sənaye layihələrinə (18 faiz), 60,9 milyon manatı müdafiə və hüquq-mühafizə layihələrinə (34 faiz), 171,2 milyon manatı sair layihələr üzrə (36 faiz) xərclərə yönəldilib.

Hesabat dövründə investisiya proqramı üzrə icra edilən layihələrin 42-si nəqliyyat, 88-i su təsərrüfatı və meliorasiya, 63-ü sosial, 11-i energetika və sənaye, 40-ı müdafiə və hüquq-mühafizə, 43-ü isə digər layihələr olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM