“Bimbo QSR Azərbaycan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İZİA-dan NTV-yə bildirilib ki, investisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək. Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.
