Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib - FOTOLAR

Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib<font color=red> - FOTOLAR</font> Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib<font color=red> - FOTOLAR</font> Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib<font color=red> - FOTOLAR</font>

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb edilməsi prosesi yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şuşa şəhərinə aparan yeni avtomobil yolunun layihəsi şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.

Bundan başqa, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və bir yerli tikinti şirkəti də layihəyə cəlb olunub. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür, həmçinin xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni yol yatağının inşası işləri aparılır.

Dövlətimizin başçısının sərəncam və tapşırığına əsasən, Şuşa şəhərinin, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək. Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Eyni zamanda, relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.

Xəbər lenti
Tramp Ağ Evlə vidalaşdı

21:42 20.01.2021

Çox oxunan xəbərlər