satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesi başa çatıb

Naxçıvanda vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesi başa çatıb

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının yeni vergi inzibatçılığı çərçivəsində dürüstləşdirilməsi prosesinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu ilin may-avqust aylarında muxtar respublika üzrə 4.691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb. Dürüstləşdirmə işləri zamanı vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi zamanı 12.542 kənarlaşma aşkarlanıb. Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil NKA qeydiyyatdan çıxarılıb, 279 ədəd  yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Qeyd edək ki, dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM