satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Sentyabrın 25-26-da Pekində ilk Qlobal Dayanıqlı Nəqliyyat Forumu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: qlobal inkişafın təşviqi üçün birgə çalışaq” devizi altında keçiriləcək tədbirdə 50-dən çox dövlət rəsmisi, o cümlədən nazirlər, beynəlxalq və regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak edəcək. Foruma Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Çinin nəqliyyat nazirinin müavini Li Yan bildirib ki, dayanıqlı nəqliyyat məsələsi təkcə bir ölkəyə aid olan məsələ deyil, bu, qlobal xarakter daşıyır. Pekin forumunda əsas diqqət qlobal əlaqələrin təşviqi, regional fərqlərin aradan qaldırılması, innovativ texnologiya və avadanlıqların mübadiləsi, ekoloji təmiz və aşağı karbonlu inkişafın təşviqi və nəqliyyat sektorunda tərəfdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Forum ilə paralel 15-ci Beynəlxalq Nəqliyyat, Texnologiya və Avadanlıq Sərgisi də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM