satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni “Altai” teatrı fəaliyyətə başlayacaq

Naxçıvanda yeni “Altai” teatrı fəaliyyətə başlayacaq

Naxçıvan Muxtar Respublikasında yeni “Altai” teatrı fəaliyyətə başlayacaq.

Naxçıvan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni teatr yaratmaq təşəbbüsü Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva tərəfindən irəli sürülüb.

İlk dəfə olaraq gənc yazar və aktyor Rza Zeynalovun "Xəyanət" əsəri ilə tamaşaçıların görüşünə gələn teatrın yaradıcı heyəti hazırda hazırlıq məşqlərini davam etdirir.

Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı Cabir Əsədov, rejissor assistenti Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.

Səhnə əsərinin 5 may tarixdə nümayişi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Hacıqabulda zəlzələ olub

10:36 19.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM