satellite   Azerspace-1: 11135 H 30000

Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb - FOTOLAR

Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb<font color=red> - FOTOLAR</font> Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb<font color=red> - FOTOLAR</font> Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb<font color=red> - FOTOLAR</font> Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb<font color=red> - FOTOLAR</font>

Bakıda “Nine Senses Fest 2025” – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının açılış mərasimi reallaşıb.

NTV xəbər verir ki, builki festivalın şüarı “Ənənədən hərəkətə” olub.

Açılış mərasimi festival iştirakçılarını, sənətçiləri və dəvətliləri bir araya gətirərək rəmzi olaraq daxili oyanışın əsasını qoyub. “Vibrosoundlab” laboratoriyası tərəfindən təqdim edilən immersiv səs terapiyası seansı sayəsində axşam saatlarında zəngin və transformasiyaedici bir atmosfer yaradılıb.

Üç gün ərzində iştirakçıları yoqa və meditasiya praktikaları, Şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya və digər mövzularda tematik mühazirələr gözləyir.

Qeyd edək ki, festival 2–4 may tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM